Home / Series / Balta / Aired Order /

All Seasons

Season 1

  • S01E01 Cinayət və Cəza

    • February 6, 2018

    Evin məsuliyyətini alanın yalnız İsmayıl olduğunu sübut etməyin zamanı gəldi. Fəqət baş verən absurd hadisələr onu çətin vəziyyətdə qoyur.

  • S01E02 Gənc İsmayılın İztirabları

    • February 28, 2018

    İsmayıl və dostları pul qazanmaq üçün "Fikir qazandı" verilişinə qatılırlar. Verilişdə gözlənilməz hadisələr baş verərkən evdəkilərin mövzusu isə Musanın öz 33 yaşlı müəlliməsinə qarşı bəslədiyi sevgi olur. Hüseyn öz kiçik oğlunu düzgün yönləndirmək üçün onunla özü məşğul olur.

  • S01E03 Çevrilmə

    • March 27, 2018

    Bu seriyada Hüseynin uranium gətirmək üçün Sibirə necə getdiyini və ailəsinin o yox ikən nələr etdiyini görəcəksiniz.

  • S01E04 Möhtəşəm İsi

    • May 31, 2018

    Balta-nın bu seriyasında İsmayılın möhtəşəm beyni işə düşür və o, pul qazanmaq yolunda böyük addımlar atmaqla yanaşı, fəlsəfi və bir o qədər də gülməli daxili axtarışlara çıxır. Eyni zamanda Hüseynin uran dolu tırla Bakıya qayıtması ilə birlikdə hadisələr kəsişir. Hüseynə bu təlimatı verənlərin uranı gizlətməyi elə Hüseynin özünə tapşırması da yeni macəraların qapısını açır.

  • S01E05 Atalar və Oğullar

    • August 29, 2018

    Ərəb mafiyası tərəfindən ələ keçirilmiş Balta məhəlləsini xaos bürümüşdür. Tormoz Hüseyn öz torpaqlarını və itirdiyi uranı geri almaq üçün ərəb mafiyasına qarşı mübarizəyə qalxır. Ərəblərinsə tamamilə başqa planları var. Balta məhəlləsini xilas etmək məsuliyyəti İsmayılın üzərinə düşür. Və bu qarşıdurma gülməli hadisələrə səbəb olur.

  • S01E06 Xoşbəxt Ölüm

    • November 10, 2018

    Balta-nın altıncı bölümdə İsmayılın bütün həyatı məhv olmuşdur. Valideynləri ərəblər tərəfindən girov götürülmüş, Baba və Musa yoxa çıxmış, ürəyinə güllə dəymiş Canan isə can verməkdədir.

  • S01E07 Zaman Maşını

    • February 6, 2019

    5. bölümdə Baba və Musa Balta məhəlləsini ərəblərdən xilas etmək üçün zamanda səyahət edib, Babəki gətirmək qərarına gəlmişdilər. Baba və Musanın başına nələr gəldiyini 7. bölümdə izləyəcəksiniz. Qəhrəmanlarımız 838-ci ilə getmək üçün yola düşürlər. Ancaq, zaman maşınını düzgün istifadə edə bilmədiklərinə görə müxtəlif tarixlərə səyahət edirlər. Səyahət zamanı bir çox tarixi şəxsiyyətlərlə qarşılaşan Baba və Musa çətinliklə də olsa Babəkin dövrünə gəlib çatırlar. Həmin gün, Babəkin edam günüdür. Onlar Babəki xilas etməlidirlər.

  • S01E08 Məhkəmə

    • June 4, 2019

    Baba və Musa ilə birlikdə keçmişdən gəlmiş personajlar İsmayılgilin evində yaşamağa başlayırlar. Bu hadisə ev əhli arasında gülməli mübahisələrə səbəb olur. İsmayıl və Canan münasibətində isə vəziyyət elçiliyə qədər gəlib çıxır. Eyni zamanda Cananın köhnə sevgilisi və İsmayıl arasında qarşıdurma yaranır.

  • S01E09 Mövcudluğun Dözülməz Yüngüllüyü

    • December 30, 2019

    Artıq 3 həfətədir ki, yuxusunda ona deyilmiş “bəlkə də sən də hansısa yaradıcılığın məhsulusan” cümləsinin mənasını fikirləşən İsmayıl gerçəklərə daha da yaxınlaşır və mövcud mübarizəni bitirməyin yollarını axtarır.

  • S01E10 İlahi Komediya

    • June 7, 2021

    Hazırsınızsa, başlayaq! Balta son seriyası ilə qarşınızdadır.